“Kənd Dəstək Proqramı” çərçivəsində Bolnisi Bələdiyyəsində kənd görüşləri və məsləhətləşmələr başlayıb. Merin birinci müavini Sakrebulonun sədri və Məkan Planlaşdırma və İnfrastruktur Xidmətinin nümayəndələri ilə birlikdə Poladauri, Samtsverisi və Bolnisi kəndinin əhalisi ilə görüşdü. Yerli sakinlər problemli məsələləri dilə gətirdilər və tərəflər onların həlli yollarını müzakirə etdilər. “Kənd Dəstək Proqramı” çərçivəsində əhalinin iştirakının artırılmasını və kənd yerlərinin ehtiyaclarını nəzərə alaraq konkret bir layihənin həyata keçirilməsini nəzərdə tutan Gürcüstan Regionlarında Tətbiq Fondundan Bolnisi Bələdiyyəsinə 714.000 lari ayrılıb. 9 fevralda başlayan “Kənd Dəstək Proqramı” 3 marta qədər davam edəcək və Bolnisi Bələdiyyəsinin bütün yaşayış məntəqələrini əhatə edəcək.




