Bazar, Fevral 15, 2026
spot_img
HomecəmiyyətMarneuli və Bolnisi şəhərlərində su təchizatı və kanalizasiya infrastruktur layihəsi başa çatmaq...

Marneuli və Bolnisi şəhərlərində su təchizatı və kanalizasiya infrastruktur layihəsi başa çatmaq üzrədir

İnfrastruktur Nazirliyinin sifarişi ilə Birləşmiş Su Təchizatı Şirkəti Marneuli və Bolnisidə su təchizatı və kanalizasiya sistemləri üçün genişmiqyaslı infrastruktur layihəsi həyata keçirir. Birləşmiş Su Təchizatı Şirkətinin direktoru Giorgi Şonia müavinləri və Marneuli Bələdiyyəsinin meri ilə birlikdə işlərin gedişatını yerində yoxladılar. Bu mərhələdə su təchizatı şəbəkəsinin əsas hissəsi və şəbəkəyə yeni qoşulmalar tamamlanıb, kanalizasiya sistemi üzrə işlər isə aktiv mərhələdədir. Qalan əsas işlər Rustaveli küçəsində birləşmələrin təşkili ilə bağlıdır və bundan sonra müasir infrastruktur tam istifadəyə veriləcək. Layihə Asiya İnkişaf Bankının maliyyə dəstəyi ilə həyata keçirilir və onun ümumi dəyəri təxminən 12,6 milyon ABŞ dollarıdır. Layihənin başa çatması nəticəsində Marneuli və Bolnisi əhalisi təkmilləşdirilmiş su təchizatı və kanalizasiya xidmətləri alacaq. – açıqlanan məlumatda deyilir.

əlaqəli məqalələr

şərh buraxın

Şərhinizi daxil edin!
Bura adınızı daxil edin

- Advertisment -spot_img

ən populyar

son şərhlər