Bazar, Fevral 15, 2026
spot_img
HomecəmiyyətZamur Çitanava Bolnisi Bələdiyyəsinin uşaq bağçalarının idarəçilıri ilə görüşüb

Zamur Çitanava Bolnisi Bələdiyyəsinin uşaq bağçalarının idarəçilıri ilə görüşüb

 Bolnisi Bələdiyyəsinin meri Zamur Çitanava müavinləri Aleksandre Zabaxidze və Valentina Naveriani ilə birlikdə Bolnisi Bələdiyyəsinin uşaq bağçalarının müdirləri ilə görüşüb. Görüşdə bələdiyyə rəhbəri uşaq bağçalarındakı mövcud vəziyyəti müdirlərlə müzakirə edib. Çətinliklərə və onların həlli zərurətinə xüsusi diqqət yetirilib. Bolnisi Bələdiyyəsinin meri bildirib ki, məktəbəqədər təhsilin dəstəklənməsi bələdiyyənin ən vacib prioritetlərindən biridir. Onun sözlərinə görə, erkən təhsil uşağın inkişafında mühüm rol oynayır. “Bizim üçün uşaqlara qayğı uşaq bağçasından başlayır. Məqsədimiz hər bağçada təhlükəsiz, rahat və sağlam mühit yaratmaqdır”, – deyə Bolnisi Bələdiyyəsinin meri Zamur Çitanava bildirib

əlaqəli məqalələr

şərh buraxın

Şərhinizi daxil edin!
Bura adınızı daxil edin

- Advertisment -spot_img

ən populyar

son şərhlər