Bolnis də Beynəlxalq Kitab Gününə qatılıb və bələdiyyənin meri Davit Şerazadişvili Təhsil, Mədəniyyə və İdman Xidmətinin rəhbəri Koba Jğneti ilə birlikdə şəhərin və uşaq kitabxanalarının kitab fondunu müxtəlif janrlı kitablarla doldurub. Bolnisi bələdiyyəsinin meri hər iki kitabxanada oxuculara bu gündən bəhs edərək, gələcək nəsillərin düzgün dəyərlərlə yetişdirilməsi üçün müxtəlif janrların və ədəbiyyatın mütaliəsinin böyük əhəmiyyət kəsb etdiyini qeyd edib. Gürcüstanda Kitab Günü 2003-cü ildən qeyd olunur və bu gün kitabxanalar müxtəlif janrlı kitablarla doldurulur. Aprelin 23-də dünya Beynəlxalq Kitab Gününü qeyd edir. YUNESKO bu tarixi seçərək Beynəlxalq Kitab Günü elan edib. ,, Bu gün dünya Beynəlxalq Kitab Gününü qeyd edir. Son bir neçə ildə mən bu gündə Bolnisi kitabxanalarına baş çəkməyi və simvolik olaraq müxtəlif janrlarda ədəbiyyat bağışlamağı ənənəyə çevirmişəm. Bu gün Bolnisi şəhər və uşaq kitabxanalarında oldum, oxucularla kitabın əhəmiyyətindən danışdım. Hesab edirəm ki, bugünkü fəaliyyətimizlə biz mövcud kitab fondunu daha da zənginləşdirmişik. Mənim üçün kitab və savadla bağlı bütün təşəbbüslər prioritetdir, çünki ölkəmizin inkişafının başlanğıc nöqtəsi məhz savadlı nəsildir”, – deyə Bolnisi bələdiyyəsinin meri bildirib.
Aprelin 23-də Bolnis də Ümumdünya Kitab Gününə qoşulub
Şərh0
görünüşü118
əlaqəli məqalələr