Bazar, Oktyabr 13, 2024
spot_img

Qoqi Meşveliani Bolnisi bələdiyyəsinin Çapala kəndinin sakinləri ilə görüşüb

Gürcüstan parlamentinin Maliyyə və büdcə komitəsi sədrinin birinci müavini, Bolnisi, Dmanisi, Tetritskaro və Tsalki əyalətlərinin majoritar deputatı Qoqi Meşveliani Bolnisi bələdiyyəsinin Çapala kəndinin sakinləri ilə görüşüb. Görüşdə yerli sakinlər həyata keçirilən və cari layihələrə görə millət vəkilinə təşəkkür edib, mövcud çətinliklərdən danışıblar. “Kəndimizdə indiyədək görülən işlər çox yaxşıdır. Təbii qazımız, yolumuz, küçələrmizdə çöl işıqlandırması var. İndi məktəbdə təmir-bərpa işləri aparılır. Biz bütün bunları görür və yüksək qiymətləndiririk. Bu gün əsas problem suvarma suyudur. Burada olduğunuza görə şadıq və dəstəyinizi gözləyirik” – bu sözlərlə Çapala kənd sakini Keyqubat Nəbiyev Gürcüstan parlamentinin deputatına müraciət edib. “Yerli əhali mövcud çağırışlarla birlikdə son dövrlərdə həyata keçirilən mühüm layihələrdən danışır və komandamızın fəaliyyətini müsbət qiymətləndirir. Bu məsələ Çapalıdan başqa daha iki kəndə – Samtredo və Savanetiyə də aiddir. Altı kilometrlik suvarma kanalı şəxsi mülkiyyətdədir və kanalın normal işləməsi üçün müəyyən işlərin görülməsi tələb olunur. Əhali və fərdi sahibkarla birlikdə problemin həlli yollarını müzakirə etdik. Biz yaxın vaxtlarda həyata keçirilməli olan bəzi tədbirləri müəyyən etmişik. Biz əhalinin üzləşdiyi çağırışlara öz imkanlarımız çərçivəsində vaxtında cavab verməyə hər zaman hazırıq”, – deyə Qoqi Meşveliani bildirib. İclasda həmçinin Bolnisi bələdiyyə şurasının “Gürcü arzusu” fraksiyasının sədri Davit Caparidze, Naxiduri icmasının deputatı Vüqar İsayev, şuranın üzvü Vüsal Aşırov, merinin nümayəndələri – Nuqzari Rexviaşvili, Taleh Ayvazov və nümayəndələrin mütəxəssisləri Raxil Fətulayev və Xaləddin Bilalov iştirak ediblər.

əlaqəli məqalələr

şərh buraxın

Şərhinizi daxil edin!
Bura adınızı daxil edin

- Advertisment -spot_img

ən populyar

son şərhlər