Gürcüstan Təhsil və Elm Nazirliyinin “Mənim ilk kompüterim” proqramı çərçivəsində Bolnisi Bələdiyyəsinin dövlət məktəblərinin baza səviyyəsini uğurla başa vuran şagirdləri bu gün portativ kompüterlərlə mükafatlandırılıblar. Kompüterləri təntənəli şəraitdə bələdiyyənin meri Davit Şerazadişvili, Gürcüstan parlamentinin deputatı Qoqi Meşveliani və resurs mərkəzinin rəhbəri İa Svanidze 40 uğurlu tələbəyə veriblər. “Mənim ilk kompüterim” proqramının məqsədi tələbələrin motivasiyasını artırmaqdır.
Müvəffəqiyyətli tələbələrə portativ kompüterlər verilib
Şərh0
görünüşü80
əlaqəli məqalələr