Baş nazir İrakli Qaribaşvilinin rəhbərliyi ilə Hökumət administrasiyasında İdarələrarası Koordinasiya şurası tərəfindən bu gün keçirilən iclasda ölkədəki mövcud epidemioloji vəziyyət, “yaşıl pasport” konsepsiyası və peyvəndin təşviqi ilə bağlı digər tədbirlər müzakirə edilib.
Bu gün Gürcüstan prezidenti Salome Zurabişvili Koordinasiya Şurasının iclasında iştirak edib.
Şura peyvənd proqramının daha da genişləndirilməsi imkanlarını müzakirə edib. Müxtəlif rayonlara səyyar briqadaların gəlişi və peyvənd olunmaq istəyən vətəndaşlara xidmətin göstərilməsini əhatə edən fəal məlumat kampaniyası və marafon davam etdiriləcək.
Koordinasiya Şurasının üzvləri “Yaşıl Pasport”un tətbiqi ilə bağlı təklifləri müzakirə ediblər və bu barədə ətraflı müzakirələr aparılacaq və qəbul edilmiş qərarlarla əlaqədar Şuranın iclası təyin olunacaq.
Epidemioloqlar və səhiyyə mütəxəssisləri bir daha virusun gücləndiricilərindən biri hesab edilən izdihamlı yığıncaqlardan çəkinməyin vacibliyini vurğuladılar. Həmçinin virusun yayılmasının qarşısının alınması üçün sosial məsafədən qorunmanın və maskadan istifadənin effektivliyi xüsusi qeyd olunub.
Gürcüstanda koronavirusa ilk yoluxma hadisəsi aşkar edildikdən bugünə qədər, laboratoriyada təsdiqlənmiş 738 171 virus hadisəsi aşkarlandı, bunlardan 678 288 nəfər sağaldı və 10 238 nəfər insan həyatını itirmişdir.
Bu mərhələdə 37 nəfər karantində, klinik otellərdə – 1 159 vətəndaş, xəstəxanada isə nəzarət altında – 6 648 nəfər var.
Parlament sədri Kaxa Kujavanın rəhbərlik etdiyi Gürcüstan Parlamenti və Prezident Administrasiyası Baş nazirin rəhbərliyi ilə faliyyət göstərən İdarələrarası Koordinasiya Şurasının işində fəal iştirak edir