“Kachreti Ambasadori”də Gürcüstan Yerli Özünüidarəetmə Vahidlərinin Maliyyəçiləri Assosiasiyasının XVI İllik Konfransı “Bələdiyyə Maliyyəsinin və Aktivlərinin Səmərəli İdarə Edilməsi” adı ilə keçirilib. Qeyd edək ki, Bolnisi Bələdiyyəsi Meriyası iki nominasiyada mükafatlandırılıb: bələdiyyənin bütün büdcə təşkilatlarında “əmlak” elektron əmlak idarəetmə modulunun tətbiqinə və ilin ən yaxşı büdcəsinə görə. Görüşdə Bolnisi Bələdiyyəsi özünüidarəetmə orqanlarının nümayəndələri iştirak edib və yerli özünüidarəetmənin dövlət maliyyəsinin idarə edilməsinin təkmilləşdirilməsi məsələlərini müzakirə ediblər və xarici ölkələrin təcrübəsi ilə tanış olublar.





