Sovet işğalından 101 il keçir. Bu gün Bolnisi Bələdiyyəsinin inzibati binası qarşısında dövlət və bələdiyyə bayraqları endirilib. 101 il əvvəl, 1921-ci il fevralın 25-də 11-ci Qırmızı Ordu Tbilisini işğal etdi və Gürcüstan Sovet Sosialist Respublikası elan edildi. 21 iyul 2010-cu il tarixli fərmanla 25 fevral Sovet İttifaqının işğalı günü elan edilib. Bu faciəli hadisəni qeyd etmək üçün gün ərzində bütün Gürcüstanda dövlət bayraqları endiriləcək.