Gürcüstanın Təhsil və Elm Nazirliyinin təşəbbüsü ilə kompüterə qoşulmuş Brayl şrifti ekranından (Braille display) və ya Brayl şrifti ilə yazıcıdan (Braille note-taker) istifadə etməklə gürcü Brayl şrifti ilə mətni oxumağa imkan verən gürcü Brayl şriftinin elektron dəstəyi həyata keçirilib. Vacibdir ki, yenilik görmə məhdudiyyəti olan insanlara müxtəlif məlumatlara, o cümlədən təhsil resurslarına tamamilə pulsuz tez və tam çıxış imkanı verəcək. Gürcü Brayl şriftinin elektron versiyası amerikalı ekspert – Harris Mobris tərəfindən Gürcüstanın Təhsil və Elm Nazirliyi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, İsveç və Qeyri-kommersiv qurumu “Mariani”nin əməkdaşlığı çərçivəsində yaradılmışdır. Brayl şriftinin elektron versiyası dünyanın bir çox ölkələrində fəal şəkildə istifadə olunur. Bu, görmə əngəlli insanlara müasir texniki avadanlıqlardan istifadə etməyə imkan verir ki, bu da təhsilin keyfiyyətini əhəmiyyətli dərəcədə artırır, informasiyaya sürətli çıxışı təmin edir, məşğulluq imkanlarını artırır və cəmiyyətə tam inteqrasiya imkanı yaradır. Elektron brayl dəstəyi pulsuz, açıq mənbəli proqram “liblui” yə inteqrasiya olunub və bu da öz növbəsində NVDA, JAWS və başqa müxtəlif ekran oxuyucularında quraşdırılıb. – Təhsil və Elm Nazirliyinin açıqladığı məlumatda deyilir.
Gürcü Brayl şriftinin elektron versiyası yaradılmışdır
Şərh0
görünüşü163
əlaqəli məqalələr