Beynəlxalq Qadınlar Günü ilə əlaqədar Bolnisi Bələdiyyəsi və Gender Bərabərliyi Şurasının birgə təşkilatçılığı ilə müxtəlif sahələri təmsil edən qadınlarla “dəyirmi masa” formatında növbəti görüş keçirilib. Böyüklər üçün təhsil mərkəzinə toplaşan qadınlar qadın hüquqları, strategiyaları və problemlərindən danışıblar. Görüş müzakirə rejimində davam edib, burada əsas diqqət erkən nikah və qadınlara qarşı zorakılıq olub. Qeyd edək ki, Gender Bərabərliyi Şurası müəyyən edilmiş problemlərin qarşısının alınması məqsədilə müxtəlif tədbirlərlə bir sıra məlumatlandırma kampaniyaları keçirəcək.