Çərşənbə, Mart 25, 2026
spot_img
HomecəmiyyətMəhsulları məhv edən zərərverici - Asiya qırqovulu ilə necə mübarizə aparmaq olar

Məhsulları məhv edən zərərverici – Asiya qırqovulu ilə necə mübarizə aparmaq olar

Yazın gəlişi ilə birlikdə kənd təsərrüfatı yenidən bir çox çətinliklərin qarşısında qalır, məsələn iqlim dəyişiklikləri, torpaqla bağlı problemlər və bitkiçilikdə müxtəlif zərərvericilərin təsiri. Əsas problemlərdən biri isə Asiya fərasanəsidir. Bu zərərverici həşəratın kənd təsərrüfatına mənfi təsiri müxtəlifdir. O həm çəyirdəkli, həm giləmeyvə, həm də toxumlu bitkilərə zərər verir. Son bir neçə ildir fərasanə əhaliyə böyük ziyan vurur. O polifaq həşəratdır, bu isə o deməkdir ki, qida kimi bitkilərin çox geniş spektrindən istifadə edir. Bu problemlə bağlı hansı tədbirlər görülür və bu məsələyə necə qarşı mübarizə aparmaq lazımdır, bu barədə Gürcüstan Milli Qida Agentliyinin Kvemo Kartli regional idarəsinin Bolnisi ofisinin fitosanitar mütəxəssisi Lia Bejanışvili danışır. Xanım Lia, yaz gəldi və yenə aktual mövzu Asiya fərasanəsi və onunla mübarizə üsullarıdır. Əhali hansı profilaktik tədbirlərə müraciət etməlidir? Asiya fərasanəsi ən böyük problemlərdən biridir, təkcə Bolnisi bələdiyyəsi üçün deyil, bütün Gürcüstan üçün. Fərasanənin çoxlu qrupları var, lakin onların arasında Asiya fərasanəsi kənd təsərrüfatı bitkilərinə ən çox zərər verənidir. Onun zərər verdiyi bitkilərin siyahısı 300-dən çoxdur. O giləmeyvə meyvələrinə və tərəvəz bitkilərinə zərər verir. Bu zərərverici həşərat bütün dünyada yayılıb. Gürcüstanda isə 2016-cı ildən müşahidə olunur. Əvvəlcə Qərbi Gürcüstanda yayılmışdı. Son illərdə isə fərasanə Şərqi Gürcüstanda da qeydə alınıb və demək olar ki, hər şeyə zərər verir. Ən çox isə fındığa ziyan vurur bütün mərhələlərdə, çiçəkləmədən gec payıza qədər. Buna görə erkən yazda fındıq bağlarının dərmanlanması lazımdır. Rəsmi olaraq məlumdur ki, fərasanə qışlamadan sonra aprelin sonunda, mayın əvvəlində çıxır. Lakin temperaturun yüksəlməsi ilə həşərat artıq daha tez görünür və zərər verməyə başlayır. Buna görə onunla mübarizə mart ayından başlamalıdır. Əhali fərasanə haqqında nə bilməlidir? Hansı məlumatlar vacibdir və nəyə diqqət etmək lazımdır ki, bu problemin həlli daha asan olsun. Vacibdir ki, Asiya fərasanəsinin inkişaf mərhələlərinə diqqət yetirək. Hava istiləşdikcə həşərat çoxalmağa başlayır. Onun inkişafının 5 nimfa mərhələsi var. Fərasanə nimfa mərhələsində qanadlanana qədər 50-55 gün qalır. Məhz bu dövrdə onunla mübarizə daha asandır. Lokal məhv etmək üçün dərmanlama ən effektiv üsuldur. Əgər artıq qanadlanarsa, dərmanların təsiri çətinləşir, çünki fərasanənin yarı sərt qanadları var və preparat ona daha az təsir edir. Daha yaxşısı nimfa mərhələsini gözləmədən əvvəlcədən mübarizəyə başlamaqdır. Çünki o çıxan kimi bitkinin üzərinə yerləşir və qidalanmağa başlayır. Zərərverici yarpağın, zoğun və meyvənin şirəsi ilə qidalanır. Çəyirdəkli və toxumlu ağaclarda meyvə əmələ gələn kimi zərər verməyə başlayır, meyvənin üzərində nekrotik ləkələr görünür. Qarğıdalı bitkisini süd-mum yetişmə mərhələsində zədələyir. Buna görə bitkilər həmin mərhələyə keçməzdən əvvəl dərmanlanmalıdır. Tərəvəz bitkilərindən pomidoru, bibəri, badımcanı və yaşıl paxlalıları zədələyir. Son iki ildə isə bu zərərverici üzümə də yetişmə mərhələsində zərər verməyə başlayıb. Gürcüstanda fərasanə çox yaxşı şərait tapır, çünki ölkəmizdə bu həşərat üç nəsil verir. Bitkiləri Asiya fərasanəsinin vurduğu zərərdən qorumaq üçün hansı preparatlarla dərmanlama tövsiyə olunur? Əhaliyə həmin preparatların adlarını çatdırmaq istəyirəm ki, onlar etibarlı və sınaqdan keçmiş vasitələrdir. Asiya fərasanəsinə qarşı ən effektiv vasitələr piretroid qrupuna aid və tərkibində bifentrin olan, Gürcüstanda qeydiyyatdan keçmiş preparatlardır: Talstar, Zonderi, İnsakari, Batalioni, Takeofi, Kura-Kura və Xabla. Preparatların istifadə norması hektara 0,3-0,6 litrdir. Preparatların istifadə müddətinə və qaydalarına mütləq diqqət yetirmək lazımdır. Həmçinin mənim məsləhətim odur ki, meyvə ağacları tumurcuqlanma mərhələsində dərmanlansın. 3%-li Bordo məhlulunu (10 litr suda 300 qram Bordo qarışığını həll edək) insektisid əlavə edib bitkiləri bu məhlulla dərmanlayaq. Milli Qida Agentliyi Asiya fərasanəsinə qarşı hansı tədbirləri həyata keçirəcək? İlk növbədə əhaliyə nəzəri biliklər çatdırırıq. Bundan əlavə Bolnisi bələdiyyəsinin bütün ərazisində, hər kənddə xüsusi tutucu lövhələr – yəni feromon tələləri quraşdırılır. Bundan sonra monitorinq aparılır və lövhələrdə neçə fərasanənin yapışdığı müəyyən edilir. Əgər onların sayı 15-i keçərsə, reaksiya verilir, bizim xidmət işə qoşulur və həmin ərazi dərmanlanır. Asiya fərasanəsi ilə bağlı məsələlər haqqında daha ətraflı məlumat üçün Gürcüstan Milli Qida Agentliyinin Bolnisi ofisinə müraciət edə bilərsiniz (tel. 591 91 48 55).

əlaqəli məqalələr

şərh buraxın

Şərhinizi daxil edin!
Bura adınızı daxil edin

- Advertisment -spot_img

ən populyar

son şərhlər