Bolnisi Mədəniyyət Mərkəzinin gənclər icmasının təşkilatçılığı ilə martın 20-də Novruz Bayramı ilə əlaqədar tədbir keçirilib, burada Akaurti dövlət məktəbinin şagirdi Çinarə Nəbiyeva Novruz bayramının ənənəsi və əhəmiyyəti haqqında təqdimatla çıxış edib. İştirak edən gənclər Azərbaycan və gürcü musiqili, xoreoqrafik və bədii nömrələri ifa ediblər. Tədbirin sonunda Gürcüstan parlamentinin deputatı Qoqi Meşveliani çıxış edərək, Novruz bayramını təbrik edib, icma mərkəzinin gənclərinə uğurlar arzulayıb. Bu tədbir artıq ikinci ildir ki, keçirilir və məqsədi etnik azlıqların inteqrasiyası və mədəniyyətlərarası münasibətlərdir. Novruz Bayramı dünyanın 30-dan çox ölkəsində qeyd olunur və yeni il və yeni ümidlər bayramı adlanır.
Gənclər ictima mərkəzi Novruz bayramını qeyd edib
Şərh0
görünüşü85
Əvvəlki məqalə
Növbəti məqalə
əlaqəli məqalələr