Bazar, İyul 14, 2024
spot_img

Bolnisi Bələdiyyəsinin Meriyası Bolnisi N5 Dövlət Məktəbinə interaktiv lövhə hədiyyə etdi

2022-2023-cü tədris ili ərzində Gürcüstan üzrə həyata keçirilən tədbirlərə əsasən Bolnisinin N5 nömrəli dövlət məktəbi 43 məktəb arasından seçilən 5 qalibdən biri adını qazanıb və ən demokratik məktəb statusuna layiq görülüb. Bu münasibətlə bələdiyyə meri Təhsil, Mədəniyyət və İdman Xidmətinin rəisi və yerli resurs mərkəzinin rəhbəri ilə birlikdə məktəbin müəllim və şagirdlərini qazandıqları uğurlar münasibətilə təbrik edib, interaktiv lövhə hədiyyə edib. Qeyd edək ki, demokratik məktəblərin sərgi-konfransı bu il ilk dəfə USAİD-in vətəndaş maarifləndirilməsi proqramı çərçivəsində keçirilib. USAİD tərəfindən maliyyələşdirilən və Gürcüstanın 650 məktəbi ilə əməkdaşlığın müəyyən edildiyi genişmiqyaslı beşillik vətəndaş təhsili proqramı vətəndaş təhsilinin tədrisini gücləndirmək və yüksək vətəndaş şüuru ilə vətəndaş proseslərində iştirak edən gəncləri yetişdirmək məqsədi daşıyır. Proqram Gürcüstanda vətəndaş təhsilinin inkişafını növbəti səviyyəyə qaldırmağa kömək edəcək. Proqram üç əsas komponentdən ibarətdir: şagirdlərin özünüidarəsinin gücləndirilməsi və məktəblərdə demokratik iştirak; Məktəblərdə vətəndaş təhsilini təşviq etmək üçün özəl sektorun cəlb edilməsi; Vətəndaş təhsili və demokratik iştirak prosesində texnologiyalardan fəal istifadə.

əlaqəli məqalələr

şərh buraxın

Şərhinizi daxil edin!
Bura adınızı daxil edin

- Advertisment -spot_img

ən populyar

son şərhlər