“İskuli” məktəb olimpiadasında Gürcüstanın ən istedadlı şagirdləri üzə çıxıb və “Gürcüstanın ən yaxşı məktəb şagirdi” adına Akaurti dövlət məktəbinin 11-ci sinif şagirdi, qızıl medal namizədi Çinarə Nəbiyeva layiq görülüb. “Çinara növbəti dəfə məktəbimizin adını yüksəltdi, “eSchool-2024” birləşmiş olimpiada layihəsinin qalibi oldu, bütün Gürcüstan üzrə 20 ən yaxşı iştirakçı arasında yer tutdu və ikidilli sertifikata layiq görüldü. Akaurti dövlət məktəbinin 10 şagirdi “Erutidi”nin təşkil etdiyi “eSchool-2024” birləşmiş olimpiada layihəsində iştirak edib və üç mərhələdə keçirilib. İkinci tura beş şagird keçdi: Çinarə Nəbiyeva-XI, Fidan Xəlilova-XI, Ruslan Məmmədov-IX, Arzu Xəlilova-X, Ramilə Alaxverdiyeva-IX. Bu böyük uğur münasibətilə onların hər birini təbrik edirik”. – bu haqda məktəbin yaydığı məlumatda deyilir.
