Bazar, Oktyabr 13, 2024
spot_img

Çapala kənd ümumi məktəbi əsaslı təmir olunur

Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin təşəbbüsü ilə həyata keçirilən məktəblərin bərpası layihəsi çərçivəsində Gürcüstanın Təhsil və Elm Nazirliyinin maliyyəsi ilə Çapala kənd ümumi məktəbində genişmiqyaslı infrastruktur işləri aparılır. Layihə çərçivəsində 3 mərtəbəli binanın bünövrəsi bərkidilir, fasadı təmir edilir, su boruları dəyişdirilir. Sinif otaqları, hamam otaqları, dəhlizlər, pilləkən qəfəsləri, inzibati hissə, foye, bufet, akt və idman zalları bərpa olunur. Kompüter şəbəkəsi, yeni yanğın siqnalizasiya sistemi, su və kanalizasiya şəbəkəsi, istilik və elektrik naqilləri təşkil edilir. Qapı pəncərələr, işıqlandırma və döşəmə dəyişdirilir.Görülən işlər nəticəsində tədris otaqları ilə paralel olaraq elm və kompüter laboratoriyaları, kitabxana, resurs kabineti və həkim məntəqəsi də fəaliyyət göstərəcək. Məktəb xüsusi ehtiyacı olan insanlar üçün uyğunlaşdırılacaq. Yenidənqurma işlərinə məktəbin daxili həyətində lift, panduslar, uyğunlaşdırılmış vanna otağı, çoxməqsədli açıq idman meydançası daxildir. Çapala kənd məktəbinin “Təhsil və Elmi İnfrastrukturun İnkişafı Agentliyi”nin direktoru Levan Suxitaşvili, Kvemo Kartli üzrə dövlət nümayəndəsinin müavini İlia Calaqaniya və Bolnisi bələdiyyəsi merinin müavini Lonqınoz Həsənov abadlıq işləri ilə tanış olublar. Məktəbin bərpasına 4 milyon lariyə yaxın vəsait ayrılıb və işlərin 2024-cü ilədək başa çatdırılması planlaşdırılır.

əlaqəli məqalələr

şərh buraxın

Şərhinizi daxil edin!
Bura adınızı daxil edin

- Advertisment -spot_img

ən populyar

son şərhlər