Bazar, İyun 16, 2024
spot_img

Bolnisi Mədəniyyət Evində “Didqori” ansamblı yaradıcılıq gecəsi keçirib

Bolnisi Mədəniyyət Evində “Mənim yaxşı ölkəm” layihəsi çərçivəsində “Didqori” ansamblı yaradıcılıq gecəsi keçirib. Müğənnilərdən ibarət xor bolnisi dinləyicilərinə rəngarəng repertuar təqdim edib. Tədbirdə həm ənənəvi xalq mahnıları, həm də himnlər səsləndirilib. Layihə Gürcüstanın Mədəniyyət və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilir və Gürcüstan bələdiyyələrində mədəni həyatı aktivləşdirmək məqsədi daşıyır. Konsertdə Bolnisi bələdiyyəsi merinin müavini Valentina Naverian və Bolnisi mədəniyyət mərkəzinin direktoru Soso Kopaleişvili iştirak ediblər. Qeyd edək ki, “Didqori” xanəndələr xoru 2004-cü ildə yaradılıb, ifa tərzi ənənəvidir və arxiv yazılarından qidalanır, köhnə ustadların ifa olunmuş variantlarını araşdırıb bərpa edir. Ansambl Gürcüstanda və xaricdə fəaliyyət göstərir

əlaqəli məqalələr

şərh buraxın

Şərhinizi daxil edin!
Bura adınızı daxil edin

- Advertisment -spot_img

ən populyar

son şərhlər