Çərşənbə, Dekabr 11, 2024
spot_img

Bolnisli pianoçunun Almaniyanın Köln şəhərində uğurlu çıxışı

Almaniya Federativ Respublikasının  Köln şəhərində avqustun 23-dən avqustun 28-dək həvəskar pianoçuların beynəlxalq müsabiqəsi keçirilmiş, burada Gürcüstan adından Bolnisidən Otar Ochxikidze iştirak edirdi. Müsabiqə iştirakçıları əsasnamədə nəzərdə tutulmuş müddətdə yüksək səviyyəli beynəlxalq səlahiyyətli münsiflər heyəti üçün tanınmış bəstəkarların əsərlərini ifa etməli idilər.

Sözügedən müsabiqədə bolnisili pianoçu 15 dəqiqə ərzində Bax-Buzonun “Tokata” əsərini do-majorda ifa edib, daha sonra münsiflər heyətinin birinci yer mükafatına və məşhur beynəlxalq pianoçu Anna Mariya Markovina ilə Xorvatiyada bir həftəlik master-klass keçib. Qeyd edək ki, gürcü pianoçunun uğur və nailiyyətləri Almaniya mətbuatında intensiv şəkildə işıqlandırılıb.

“Müsabiqə haqqında 2 ay əvvəl xəbər tutdum və dərhal iştirak etmək üçün qeydiyyatdan keçdim. Təbii ki, 100 güclü yarışmada özümü sınamalı olduğum üçün böyük problemlə üzləşdim. Müsabiqə üçün mən kifayət qədər çətin bir əsər seçdim, üzərində işləməyə gündə təxminən 5-9 saat vaxt ayırdım. Mənim zəhmətim həqiqətən öz bəhrəsini verdi və daha çox uğur qazanmaq üçün motivasiyamı gücləndirdi”, – pianoçu Otar Ochxikidze bildirib.

əlaqəli məqalələr
- Advertisment -spot_img

ən populyar

son şərhlər