Cümə axşamı, Aprel 9, 2026
spot_img
HomecəmiyyətBolnisi Bələdiyyəsi 140 sosial cəhətdən həssas ailəyə Pasxa hədiyyələri təqdim etdi

Bolnisi Bələdiyyəsi 140 sosial cəhətdən həssas ailəyə Pasxa hədiyyələri təqdim etdi

Bolnisi bələdiyyəsi ənənəvi olaraq Pasxa aksiyası təşkil edib. Qarşıdan gələn müqəddəs Pasxa bayramı münasibətilə, həssas kateqoriyaya aid ailələri Bolnisi bələdiyyəsinin merinin müavinləri və sakrebulonun sədri, yerli hakimiyyət nümayəndələri ilə birlikdə təbrik ediblər. Pasxa hədiyyələri “Səxavət evi”nin 140 benefisiarına paylanıb. Onların arasında evdə qulluq xidmətindən yararlanan, xüsusi qayğıya ehtiyacı olan 22 ailə də var. Hakimiyyət nümayəndələri benefisiarların evlərinə baş çəkərək Pasxa sovqatlarını şəxsən təqdim ediblər. Qeyd etmək lazımdır ki, bayram əhval-ruhiyyəsinin yaradılmasına özəl sektor da töhfə verib: “Savaneti” şirkəti xoş niyyət əsasında benefisiarlara 2800 yumurta bağışlayıb. Belə xeyriyyə aksiyaları Bolnisi bələdiyyəsində gələcəkdə də davam etdiriləcək ki, ehtiyacı olan heç bir şəxs diqqətdən kənarda qalmasın.

əlaqəli məqalələr

şərh buraxın

Şərhinizi daxil edin!
Bura adınızı daxil edin

- Advertisment -spot_img

ən populyar

son şərhlər