Bolnisi Bələdiyyə Şurasının bu gün keçirilən iclasında deputatlar digər məsələlərlə yanaşı, Bolnisi Bələdiyyəsinin 2024-cü il büdcəsini də müzakirə edərək təsdiq ediblər. 2024-cü ilin büdcəsi əvvəlki ilin büdcəsi ilə müqayisədə 3 milyon 260 min lari artaraq 41 milyon 400 min lari təşkil edib. Sosial istiqamətdə maliyyələşmə 1 508 260 lari artıb, 2024-cü ildə bu istiqamətdə 6 311 400 lari xərclənəcək. İnfrastrukturun inkişafına 6 139 100 lari ayrılıb.Gələn ilin büdcəsində infrastruktur, sosial təminat, səhiyyə və təhsil prioritet istiqamətlər olaraq qalır.
Bolnisi Bələdiyyəsinin 2024-cü il büdcəsi 41.400.000 lari müəyyən edilib
Şərh0
görünüşü121
əlaqəli məqalələr