Bolnisi Bələdiyyəsinin meri Davit Şerazadişvili, Gürcüstan parlamentinin Təhsil və Elmi İnfrastrukturun İnkişafı Agentliyinin direktor müavini Levan Müşkudian, Gürcüstan parlamentinin Təhsil, elm və gənclərlə iş üzrə komitəsinin sədri Givi Mikanadze və Bolnisi bələdiyyə şurası sədrinin birinci müavini Giorgi Mirianaşvili Bolnisi şəhər 3 nömrəli dövlət məktəbinin tam bərpa işlərinə baş çəkiblər. Layihə çərçivəsində məktəbdə tədris məkanları ilə paralel olaraq elm və kompüter laboratoriyaları, kitabxana, yeməkxana və akt zalı, həkim məntəqəsi, resurs otağı, idman infrastrukturu və istirahət məkanları da təşkil olunub. Dəyəri 3 milyon lariyə qədər olan işlər tamamlanma mərhələsindədir, bundan sonra agentlik həmçinin məktəbi bütün müvafiq tədris resursları, inventar və avadanlıqla təmin edəcək. Məktəb fiziki məhdudiyyətli insanlar üçün tam uyğunlaşdırılacaq. Komputer şəbəkələri, yanğın təhlükəsizliyi, istilik, su və elektrik naqilləri sistemləri ilə təmin olunacaq. İnfrastruktur layihəsinin icrası nəticəsində Bolnisi şəhər 3 saylı dövlət məktəbinin şagirdləri təhsillərini beynəlxalq standartlara cavab verən yeni şəraitdə davam etdirəcəklər. Qeyd edək ki, 210 şagird yerlik məktəbin tam bərpası layihəsi Gürcüstanda qüvvədə olan tikinti və təhlükəsizlik normalarına uyğun olaraq, Avropa standartlarına uyğun ekoloji cəhətdən təmiz materiallardan istifadə edilməklə Təhsil və Elmi İnfrastrukturun İnkişafı Agentliyi tərəfindən həyata keçirilir.
Bolnisi 3 saylı dövlət məktəbinin bərpası başa çatmaq üzrədir
Şərh0
görünüşü9
Əvvəlki məqalə
əlaqəli məqalələr