Yeni idman kompleksində basketbol, həndbol və voleybol. Bundan əlavə, binada boks, güləş, ağır atletika, karate və bədənin fiziki hazırlıqı üçün zallar fəaliyyət göstərəcək. Layihə çərçivəsində idman kompleksinin fəaliyyəti üçün zəruri olan bütün lazımlı və yardımçı otaqlar da təşkil edilmiş, mərkəzi istilik və soyutma sistemləri quraşdırılmışdır. Kompleksin yaxınlığında açıq avtomobil dayanacağı təşkil edilib, fənərlər quraşdırılıb. Bina məhdud imkqnlı şəxslər üçün tam uyğunlaşdırılıb. Çoxməqsədli idman zalının tikinti işləri Bələdiyyə İnkişaf Fondu tərəfindən maliyyələşdirilib və onun dəyəri 2 milyon 600 min lari təşkil edib. Başa çatdırılmış infrastruktur layihəsini, Kvemo Kartlinin Qubernatoru Giorgi Doxturişvili, Gürcüstanın Bələdiyyə İnkişaf Fondunun icraçı direktoru Davit Tabidze , onun birinci müavini Giorgi Tsibadze və Bolnisi bələdiyyəsinin meri vəzifəsini icra edən Buba Qobejişvili ilə birlikdə ziyarət ediblər.
Davit Tabidze, Gürcüstanın Bələdiyyə İnkişaf Fondunun icraçı direktoru:
– Ölkədə ümumilikdə idman infrastrukturunun tikintisi, yenidən qurulması və inkişafı Bələdiyyələrin İnkişafı Fondunun mühüm prioritetlərindən biridir, ona görə də yeni infrastruktur tikintisi baxımından bu gün biz tam yeni çoxfunksiyalı idman kompleksinin tikintisini artıq başa çatdırmışıq. Bolnisidə 2 idman zalı, 1 çoxməqsədli basketbol, voleybol və futbol istiqamətində, ikincisi güləş, boks, karate və həmçinin məşq zallarından ibarət kompleksdir, ona görə də qeyd olunan infrastruktur müasir standartlara tam uyğundur. Məhdud imkanlı şəxslər üçün uyğunlaşdırılıb və Bolnis şəhəri və ətraf kəndlərin gəncləri müasir idman kompleksində idman inkişafı almaq imkanı əldə edəcəklər.
Giorgi Doxturişvili, Kvemo Kartli üzrə dövlət komissarı: – Kvemo Kartli regionunda müxtəlif
irimiqyaslı infrastruktur layihələrinin inkişafı fəal şəkildə aparılır, bu gün biz onu Bolnisi bələdiyyəsində bələdiyyənin inkişafı fondu ilə birlikdə açdıq. Bolnisililərin illərdir istəyi olan çoxfunksiyalı idman zalı Sözügedən məkan artıq əhali tərəfindən istifadəyə veriləcək, sağlam həyat tərzini təbliğ edən, tətbiq edən, peşəkar idmançılar yetişdirən işlək idman kompleksi fəaliyyət göstərəcək.