Bolnisi Bələdiyyəsinin meri Davit Şerazadişvili birinci müavini Buba Qobejişvili ilə birlikdə Xatisopeli kəndində aparılan infrastruktur işləri ilə tanış olub.
Xatisopelidə kəndin girişindən Müqəddəs Georgi kilsəsinə gedən yol düzəlir. Layihə həyata keçirildikdən sonra kənddə ümumilikdə 1080 metr uzunluğunda yol çəkiləcək. Onların arasında kəndin girişindən köhnə məktəbə qədər 600 metr uzunluğunda beton yol çəkiləcək. Kilsəyə gedən yol 480 metr yerli bazaltla döşənəcək.
İnfrastruktur layihəsinin ümumi dəyəri 585 500 lari təşkil edir və işlər “Regionlarda İcra olunacaq Layihələr Fondu” və yerli büdcə tərəfindən birgə maliyyələşdirilir.
“Əhali ilə razılıqa gəlinərək Xatisopeli kəndindəki tarixi Georgi kilsəsinə giriş-çıxış yolunun çəkilməsi işləri fəal şəkildə edir. Bolnisi Bələdiyyəsinin Kvemo Kartlinin turizm mərkəzi olmaq üçün böyük potensialı var, ona görə də biz bu potensialdan maksimum istifadə etməyə çalışırıq. Gürcüstanın hər yerindən zəvvarlar Müqəddəs Georgi kilsəsini ziyarət edirlər və tezliklə kilsəyə çatmaq daha rahat olacaq”, – deyə Bolnisi Bələdiyyəsinin meri Davit Şerazadişvili bildirib.