16-da Bolnisi Muzeyində Kvemo Kartlinin yerli özünüidarə, mərkəzi hökumət, biznes və qeyri-hökumət sektorunun nümayəndələrinin iştirak etdiyi yeni su ehtiyatlarının idarə edilməsi qanunu ilə bağlı üçüncü maarifləndirmə forumu keçirilib. Ətraf mühitin mühafizəsi və təbii sərvətlər komitəsinin sədri Maya Bitadze yeni qanunvericilik paketini təqdim edib, hazırkı islahat, planlaşdırma və idarəetmə mexanizmlərinin məzmunu barədə iştirakçılarla danışıb. Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi 2023-cü ildə su ehtiyatları sahəsində əhəmiyyətli dəyişiklikləri nəzərdə tutan “Su ehtiyatlarının idarə edilməsi haqqında” yeni qanunu hazırlayıb və Gürcüstan parlamenti təsdiq edib. Məlumat görüşü Bolnisidə USAID-in İqtisadi İdarəetmə Proqramı tərəfindən Gürcüstan Parlamentinin Ətraf Mühitin Mühafizəsi və Təbii Sərvətlər Komitəsi və Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi ilə birgə təşkil olunub.
Su ehtiyatlarının idarə edilməsinə yeni qanuna dair forum Fevralın
Şərh0
görünüşü75
Əvvəlki məqalə
əlaqəli məqalələr