Bolnisi Bələdiyyəsinin Meriyası nəzdində fəaliyyət göstərən Təhsil, Mədəniyyət və İdman Xidmətinin təşəbbüsü ilə gənclər proqramlarının dəstəklənməsi məqsədilə bir sıra layihələrin həyata keçirilməsi planlaşdırılır. Onlardan biri “Robototexnika hamı üçün” adlı layihədir. Layihə çərçivəsində şagirdlər 3 ay müddətində robototexnika və proqramlaşdırma sahəsində təhsil alacaqlar. Layihədə iştirak etmək üçün 10-15 yaş arası şagirdlər qeydiyyatdan keçiblər və bu gün Mədəniyyət Mərkəzində keçiriləcək müsahibə əsasında 30 motivasiyalı yeniyetmə seçiləcək. Onlar STEAM istiqamətində sertifikatlı, akademik və keyfiyyətli nəzəri və praktiki biliklər əldə edəcəklər. Şagirdlər üçün kurs tamamilə ödənişsiz olacaq və onlara lazım olan texnika və avadanlıqlar təqdim ediləcək.