1993-cü il sentyabrın 27-si Gürcüstanın ən yaxın tarixində faciəli günlərdən biridir. 13 ay davam edən döyüş Soxuminin süqutu ilə başa çatdı. Müharibə minlərlə gəncin həyatına son qoydu, bir çox insanı öz torpağından, sularından didərgin saldı. Bolnisililər 29-cu ildönümündə qəhrəmanların xatirəsini bir daha anıb, onların xatirəsini ehtiramla yad ediblər. Bələdiyyənin meri birinci müavin və yerli özünüidarəetmə orqanlarının nümayəndələri ilə birlikdə Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olanların və itkin düşənlərin xatirəsinə həsr olunmuş abidəsi önünə əkil qoyublar. Bolnisi yeparxiyasının arxiyepiskopu möhtərəm Efrem müharibədə həlak olan qəhrəmanların ruhuna cənazə mərasimi keçirdi. Suxuminin süqutu günü Bolnisi bələdiyyəsi tərəfindən itkin düşən və həlak olan hərbçilərin ailələrinə 500 lari məbləğində birdəfəlik maddi yardım edilib.