Martın 5-də Bolnisidə, Tamaz Stefaniya adına stadionda Bolnisinin “Sion” futbol klubuna yeni üzc olanların təqdimat mərasimini keçirdi. Klubun menecerləri yeni futbolçularla birlikdə qonaqları və azarkeşləri gələcək planları ilə tanış edib. Sion yeni mövsümə yeni oyun forması ilə başlayır. Builki mövsümdə Bolnisi klubu Makronun köynəkləri ilə yarışacaq. Formanın rəngləri dəyişməz olaraq qalır. Komanda ev matçlarında sarı, səfərdə isə qara köynək geyinəcək. Tədbirdə həmçinin klubdakı əyləncələrindən və gələcək planlarından danışıblar. Klubun mövcud olduğu müddətdə bu il ilk dəfə olaraq yeni nəslin yetişdirilməsinə yönələcək “Sion” futbol məktəbi formalaşır. Məktəbdə tərbiyə olunan gənc futbolçular Bolnisinin “Sion” futbol klubunun sıralarında mübarizəni davam etdirmək perspektivinə malik olacaqlar. Yeni işə qəbul olunanların təqdimat mərasimində Bolnisi bələdiyyəsinin meri Davit Şerazadişvili, merinin birinci müavini Buba Qobejişvili, bələdiyyənin inzibati şöbəsinin müdiri Papuna Müşkudiani, “Aremji” şirkətinin baş meneceri Zurab Devdariani və azarkeşlər iştirak ediblər. Yerli rəhbərlik yeni gələnlərə komanda formaları verib və “Sion”a Milli Liqada uğurlu yarış arzulayıb. Klubun baş sponsoru və dəstəkçisi olan “Aremji” madən şirkəti dəyişməz olaraq qalır, Bolnisi bələdiyyəsinin əsas işəgötürənidir və korporativ sosial məsuliyyəti çərçivəsində regionda həm peşəkar komandalara, həm də gənc idmançılara dəstək verir.
“Sion” futbol klubuna yeni üzv olanların təqdimatı
Şərh0
görünüşü70
Əvvəlki məqalə
Növbəti məqalə
əlaqəli məqalələr