Bu il sentyabrın 19-da Bolnisi Bələdiyyə Şurasının növbəti iclası keçirilmişdir. Sessiyaya Sakrebulonun sədri Tamaz Jorjoliani sədrlik edib.
Beş məsələ müzakirə olunub:
1. Bolnisi bələdiyyəsinin 2016-cı il 15 fevral tarixli 14 nömrəli qərarında dəyişiklik edilməsi ilə bağlı Bolnisi bələdiyyəsinin yaşayış məntəqələrinin ümumi yığıncağının nümunəvi əsasnaməsinin təsdiq edilməsi haqqında”;
2. “Bolnisi Bələdiyyəsinin əmlakın özəlləşdirilməsi obyektlərinin siyahısının və özəlləşdirmə planının təsdiq edilməsi haqqında”;
3. “Bolnisi bələdiyyəsinə məxsus əmlakın pulsuz istifadə hüququ ilə “Gürcüstan bərk məişət tullantılarının idarə olunması şirkəti” MMC-yə verilməsi haqqında”;
4. “Bolnisi bələdiyyəsinin merinə bələdiyyə mülkiyyətində olan daşınmaz əmlakdan istifadə hüququnun verilməsinə razılıq verilməsi haqqında”;
5. “Bolnisi bələdiyyəsinin mülkiyyətində olan əmlakın mülkiyyət hüququ ilə əvəzsiz olaraq dövlətə verilməsi haqqında”. Hər beş məsələ üzrə müsbət qərar qəbul edilib.