Bolnisi Bələdiyyə Şurasının sədri Tamaz Jorjolyan “Gürcü arzusu – Demokratik Gürcüstan” fraksiyasının sədri Davit Caparidze və şuranın üzvləri – Nona Kavelaşvili, Nona Rexviaşvili, Feride Tvildiani, Beka Tsakadze, Fuad Məmmədov və Rəsul Bəxtiyarovla birgə Naxiduri və Tsurtavi kəndlərində sakinləri ilə görüşüb. Sual-cavab şəraitində keçən görüşdə əhalini narahat edən məsələlər diqqətə çatdırılıb. Sualların əksərini Naxiduri icmasının deputatı Vüqar İsayev cavablandırıb. Naxiduri və Tsurtavi kəndlərində bir neçə məsələyə diqqət yetirilib. Naxiduridə sakinlər daxili yolun asfaltlanmasını və məktəbin həyətinin asfaltlanmasını tələb ediblər. Tsurtavidə daxili suvarma kanalının bir neçə hissəsinin təmizlənməsi. Qeyd edək ki, iclaslar Bolnisi Bələdiyyə Şurasının əsasnaməsinin şura üzvlərinin seçicilərlə görüşlərini nəzərdə tutan 129-cu maddəsinə uyğun olaraq keçirilir.
Sakrebulonun üzvlərinin əhali ilə görüşü
Şərh0
görünüşü100
Növbəti məqalə
əlaqəli məqalələr