Cümə axşamı, Oktyabr 10, 2024
spot_img

Qoqi Meşveliani: Hər birimiz əlilliyi olan insanların xüsusi ehtiyaclarına hörmət etməyə borcluyuq

Hər birimiz əlilliyi olan insanların xüsusi ehtiyaclarına hörmətlə yanaşmağa borcluyuq – bu barədə Gürcüstan parlamrntində Bolnisi, Dmanisi, Tetritskaro və Tsalkanın majoritar deputatı Qoqi Meşvelianinin bəyanatında deyilir. Millət vəkilinin sözlərinə görə, hökumətin onların hüquqlarının müdafiəsini təkmilləşdirməsi vacibdir. “3 dekabr Beynəlxalq Əlillər Günüdür. Bu tarix bizə bir daha xatırladır ki, hər birimiz əlilliyi olan insanların spesifik ehtiyaclarına hörmətlə yanaşmağa və onların özlərini həyata keçirə bilmələri üçün müvafiq mühit yaratmağa borcluyuq. Hökumətimiz üçün onların hüquqlarının müdafiəsini təkmilləşdirməsi vacibdir və buna nail olmaq üçün dövlət vahid və koordinasiyalı şəkildə fəaliyyətini davam etdirir”, – Qoqi Meşveliani açıqlamasında bildirib.

əlaqəli məqalələr
- Advertisment -spot_img

ən populyar

son şərhlər