Bu gün Naxiduri İctimai Məktəbində Mədəniyyət Mərkəzinin dəstəyi ilə Naxiduri İcma Mərkəzi və İctimai Məktəbin birgə keçirdiyi Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirə 100-dən çox gənc cəlb olunub, onlar üç müxtəlif fəaliyyətdə – rəsm sərgisi, inşa müsabiqəsi və əsas mərasimi, Gürcüstan bayrağının rənglərində fləşmobda iştirak ediblər. Tədbirdə iştirak edən bütün iştirakçılara sertifikatlar, nominasiyalar üzrə qaliblərə isə pullu hədiyyələr verilib.