Bazar, Aprel 20, 2025
spot_img
HomecəmiyyətMuşevani kəndində içməli su problemi həll

Muşevani kəndində içməli su problemi həll

olunub İllərdir əhalinin əsas problemi olan içməli su bu gün Muşevani kəndində tam bərpa olunub. “Aremji” şirkəti ilə Bolnisi Bələdiyyəsi meriyasının birgə layihəsi çərçivəsində ötən il kəndə içməli suyun çəkilməsi işlərinə başlanılıb və bu günədək 105 ailəyə su fasiləsiz verilir. Ümumi dəyəri 1 milyon 273 min lari olan birgə layihə “Aremji” şirkətinin və yerli büdcənin birgə maliyyələşdirilməsi hesabına kənddə yeni quyu qazılıb, 4800 metr uzunluğunda şəbəkə çəkilib, iki su anbarı tikilib, kəndin müəyyən hissəsi birləşdirilib. “Kəndlərə Dəstək Proqramı” çərçivəsində Muşevani, Sabereti, Kianeti, Cavşaniani, Kveşi kəndlərinin sakinləri ilə görüşüb onların ehtiyaclarını öyrəndim. Layihənin səmərəli həyata keçirilməsini təmin edən qərarların qəbulu prosesində yerli əhalinin fəal iştirak etməsi sevindirici haldır. Təqdirəlayiq haldır ki, son illər “Kəndlərə Dəstək Proqramı” çərçivəsində adıçəkilən kəndlərdə bir sıra mühüm infrastruktur layihələri həyata keçirilib, xüsusən də daxili yollar abadlaşdırılıb, çöl işıqlandırma şəbəkəsi, eləcə də drenaj kanalı yaradılıb. Bugünkü görüşlərdə yerli sakinlər onlar üçün bu ilin sonunadək həyata keçiriləcək prioritet layihələri seçiblər, – deyə Bolnisi Bələdiyyəsinin meri vəzifəsini icra edən Buba Qobejişvili qeyd edib

əlaqəli məqalələr

şərh buraxın

Şərhinizi daxil edin!
Bura adınızı daxil edin

- Advertisment -spot_img

ən populyar

son şərhlər