Çərşənbə axşamı, İyul 16, 2024
spot_img

Martın 28-dən hansı məhdudiyyətlər ləğv edilir

Martın 28-dən etibarən maska taxmaq öhdəliyi və digər qüvvədə olan qaydalar ləğv ediləcək, bu barədə qərar İdarələrarası Koordinasiya Şurası Baş nazir İrakli Qaribaşvilinin sədrliyi ilə hökumət administrasiyasında bügün keçirilən islasinda qəbul edilib. Gürcüstanda epidemioloji vəziyyətin təhlilinə əsasən, martın 28-dən etibarən yalnız qapalı məkanlarda və ictimai nəqliyyatda maska taxmaq öhdəliyi saxlanılacaq. İctimai yemək obyektləri ilə yanaşı, idman, incəsənət və ya digər tədbirlər, o cümlədən ictimai tədbirlərində qonaqların sayı ilə bağlı məhdudiyyətlər aradan qaldırılacaq. Distant iş rejimində olan dövlət qulluqçuları öz işlərinə qayıdacaqlar. Eyni zamanda, PCR-testindən keçmədən ölkəyə qayıdan Gürcüstan vətəndaşları üçün özünütəcrid öhdəliyi ləğv edilir. İdarələrarası Koordinasiya Şurasının qərarına əsasən, peyvəndin həvəsləndirilməsi proqramı aprel ayı ərzində də davam etdiriləcək, ona əsasən yaşı 50-dən yuxarı olan vətəndaşlar peyvəndin ilk dozası üçün 200 lari və Buster doza ilə peyvənd olunduqlari zamanı eyni yaş qrupundan olan şəxslərə 100 lari köçürüləcək. Şuranın bugünkü iclasında qeyd olunub ki, Gürcüstan “Pfizer” tərəfindən yaradılan Covid müalicəsi dərmanını regionda alan ilk ölkə olacaq. “Paksilovid”in ilk dozaları bu gün ölkəyə gələcək, xroniki xəstəliyi olan şəxslərə və risk qrupuna daxil olan şəxslərə sağlamlıq vəziyyətinin ağırlaşmalarının qarşısını almaq üçün yoluxma halında müalicə kursu üçün lazım olan dərmanların dozası pulsuz veriləcək. Gürcüstan parlamenti və Prezident Administrasiyası Baş nazirin rəhbərlik etdiyi İdarələrarası Koordinasiya Şurasının işində fəal iştirak edir

əlaqəli məqalələr
- Advertisment -spot_img

ən populyar

son şərhlər