Çərşənbə, Oktyabr 9, 2024
spot_img

 Marneulidə rəqəmsal sosial müəssisə açılıb  

“Texnoqız” Avropa İttifaqının və Gürcüstanın Strateji Araşdırmalar və İnkişaf Mərkəzinin dəstəyi ilə Marneuli “Molus” Peşə Kollecində açılan ilk sosial müəssisənin adıdır. “Texnoqız” sosial müəssisələrin ekosistemində unikal modelə malik ilk rəqəmsal agentlikdir, məqsədi Kvemo Kartlidə qadınların iqtisadi imkanlarının artırılması, təhsilə çıxışı və əmək bazarında tələb olunan rəqəmsal peşələrə yiyələnməsini təşviq etməkdir. “Texnoqız” rəqəmsal məktəbi və missiyası məşğulluq bazarında və rəqəmsal peşəkar təhsil məkanında bərabər mühit yaratmaq olan agentliyi birləşdirir. Layihə bir aydır ki, davam edir və bu mərhələdə 12 qadın ən tələbkar rəqəmsal peşələr üzrə təlim keçir. Mentorlar onları 6 ay müddətində yenidən hazırlayacaqlar. Öyrənmə komponentinə reklam agentliklərində təcrübə də daxildir.Layihə iştirakçıları tək analar və etnik azlıqların nümayəndələridir.

əlaqəli məqalələr

şərh buraxın

Şərhinizi daxil edin!
Bura adınızı daxil edin

- Advertisment -spot_img

ən populyar

son şərhlər