Bazar ertəsi, Dekabr 9, 2024
spot_img

Mamxuti və Talaveri icmalarında suvarma suyu problemi həll ediləcəkdir.

Bolnisinin majoritar debutatı Qoqi Meşveliani, Mamxuti icmasının bələdiyyə məclisinin majoritarı Rəsul Bəxtiyarov, Mamxuti və Talaveri icmalarında suvarma suyu problemi haqqında müraciət edib. Bu gün Qoqi Meşveliani, Bolnisi Bələdiyyə meri Davit Şerazadişvili ilə birlikdə Gürcüstan Meliorasiyasının yerli xidmət mərkəzi və “ADA” MMC-nin nümayəndəsi, Çapala kəndindəki suvarma kanalı problemi ilə yerindəcə tanış oldu. Qeyd edək ki, Mamxuti icmasına suvarma suyu bu ərazidən verilir.

“ADA” MMC-nin Çapala kəndindəki su paylama kanalında HES-in qoruyucu su kəməri yerləşdirilib, hansı ki, Mamxuti və Talaveri icmalarında suvarma üçün kifayət qədər suyun verilməsində maneə törədir. “ADA”-nın nümayəndəsi Qiorqi Kacaşvilinin sozlərinə görə problemin aradan qaldırılması üçün müvafiq tədbirlər görüləcək, Mamxuti və Talaveri icmalarına suvarma suyunun fasiləsiz təmin ediləcək.

,,Bu gün Mamxuti icmasının bələdiyyə məclisinin majoritarı Rəsul Bəxtiyarov bir problemlə müraciət etdi. Onun sözlərinə görə, Mamxuti və Talaveri sakinləri kifayət qədər suvarma suyu ilə təmin olunmur.

Məsələ ilə bağlı bələdiyyənin meri Davit Şerazadişvili və digər özünüidarəetmə orqanlarının rəhbərləri ilə birlikdə yerindəcə tanış oldum.

 Yerli Meliorasiya Xidməti Mərkəzinin nümayəndəsinin sözlərinə görə, İmirhəsənin suvarma kanalında HES-in “ADA” qoruyucu su kəməri var, hansı ki su altında qalır və bu problemi yaradır.

“ADA” şirkətinin nümayəndəsi Qiorgi Katsaşvili yerindəcə əlaqə saxlayaraq şirkət rəhbərliyi ilə birlikdə məsələni araşdıracağını və problemin aradan qaldırılması üçün müvafiq tədbirlər görəcəyini bildirdi,”-deyə Bolnisi bələdiyyəsinin majoritar debutatı Qoqi Meşveliani qeyd etdi.

əlaqəli məqalələr

şərh buraxın

Şərhinizi daxil edin!
Bura adınızı daxil edin

- Advertisment -spot_img

ən populyar

son şərhlər