Məktəb formalarının verilmə tarixləri məlumdurMəktəb formalarının verilmə tarixləri məlumdur – forma kimlərə pulsuz veriləcək və hansı şərtlər müəyyən edilib?
Bu barədə Bolnisi Təhsil Resurs Mərkəzi valideynlər üçün məlumat yayıb.
Məlumata görə, 2026–2027-ci tədris ilindən etibarən ibtidai pillə şagirdləri üçün məktəb formasının geyinilməsi məcburi olacaq. Resurs Mərkəzi həmçinin bildirir ki, Gürcüstan hökumətinin qərarına əsasən, müəyyən kateqoriyalara aid şagirdlər tədris ili ərzində məktəb formasını pulsuz əldə edəcəklər.
Pulsuz məktəb forması aşağıdakı 6 kateqoriyaya aid şagirdlərə ildə bir dəfə veriləcək:
- Sosial cəhətdən müdafiəsiz ailələrin vahid məlumat bazasında qeydiyyatda olan və reytinq balı 65 001-dən aşağı olan şagirdlər;
- Dövlətin himayədar ailə proqramına cəlb edilmiş uşaqlar;
- Kiçik ailə tipli evlərdə yerləşdirilmiş şagirdlər;
- Evsiz uşaqlar üçün sığınacaq xidmətinə cəlb olunmuş şagirdlər;
- Tbilisi uşaq evində yerləşdirilmiş şagirdlər;
- Ukraynada başlayan hərbi əməliyyatlar nəticəsində Gürcüstanın dövlət məktəblərinə qəbul edilmiş ukraynalı şagirdlər.
Əgər şagird il ərzində benefisiar statusu əldə edərsə, valideyn yazılı şəkildə “Saganmanatleblo Resursebi” MMC-yə müraciət etməlidir. Müraciət 10 iş günü ərzində nəzərdən keçiriləcək.
Məktəb formalarının qiymətləri:
- Məktəb pencəyi – 45 lari
- Məktəb şalvarı – 25 lari
- Məktəb ətəyi – 25 lari
Satış məntəqəsində uşaqlara formaları yerindəcə geyindirərək ölçüsünə uyğunlaşdırmaq və onlar üçün ən rahat ölçünü seçmək mümkün olacaq.
Ödəniş yerində nağdsız şəkildə – terminal vasitəsilə, həmçinin müvafiq koda bank köçürməsi yolu ilə həyata keçiriləcək. Köçürmə zamanı ödəniş qəbzi satış məntəqəsinə təqdim edilməlidir.
Ödənişin təyinat hissəsində mütləq şagirdin şəxsi nömrəsi, adı və soyadı qeyd olunmalıdır.
Ölçünün uyğun gəlməməsi və ya istehsal qüsuru olduğu halda forma alındığı gündən etibarən 14 təqvim günü ərzində dəyişdirilə və ya geri qaytarıla bilər.
Şərt: məhsul əmtəə görünüşünü, etiketini saxlamalı və istifadə izləri olmamalıdır.
Formaların verilmə yeri:
Bolnisi şəhəri №3 məktəbi
Ünvan: Bolnisi şəhəri, David Ağmaşenebeli küçəsi №15
Verilmə müddəti:
1 sentyabr 2026 – 14 sentyabr 2026





