“Gürcistan Meliorasiya” MMC Bolnisi bələdiyyəsində Naxiduri suvarma kanalının bərpasını həyata keçirib. Görülən işlər nəticəsində Muxrana, Balaxauri, Naxiduri və Xidiskuri kəndlərində 755 hektar kənd təsərrüfatı sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşdırılıb. Layihə çərçivəsində kanalın 4,2 kilometrlik hissəsinə dəmir-beton üzlük döşənib, drenaj konstruksiyaları düzülüb, piyada və avtomobil keçidləri düzəldilib. İşlərin qiyməti 1.670.000 laridir. “Gürcüstan Meliorasiya” MMC-nin baş direktoru Tamaz Mgebrişvili Bolnisi Bələdiyyəsi merinin müavini Longinoz Həsənovla birlikdə suvarma sistemində görülən işlər və suvarma prosesinin gedişi ilə tanış olub. Hazırda Kvemo Kartlidə 30 milyon lari dəyərində layihələr davam etdirilir, bu layihələr başa çatdıqdan sonra 3 min hektar kənd təsərrüfatı sahəsi müntəzəm suvarılacaq, 10,5 min hektarda isə su təchizatı yaxşılaşdırılacaq.
Kvemo Kartlidə 755 hektar kənd təsərrüfatı sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşdırılıb
Şərh0
görünüşü107
əlaqəli məqalələr