Bazar, Aprel 14, 2024
spot_img

Kvemo Bolnisi kəndi açıldı

Mayın 6-da götürülmüş 31 bioloji nümunədən COVİD-19 virusu vətəndaşların heç birində təsdiqlənmədi. Bolnisi Bələdiyyəsi və Xalq Sağlamlığı Mərkəzinin qərarına görə, kənddəki ciddi karantin rejimi bu gündən etibarən tədbiq edilmir. Xatırladaq ki, Kvemo Bolnisidə son təsdiqlənmiş koronavirus hadisəsi aprelin 6-da qeydə alınıb. Ondan sonra hər iki inkubasiya dövrünün heç birində yeni koronavirus infeksiyası təsdiqlənməyib. Əhali həkimlər tərəfindən fəal şəkildə izlənirdi. Kənddəki epidemioloji vəziyyət yaxşılaşdığı üçün Kvemo Bolnisi yenidən açıldı və vətəndaşlar ətrafdakı dörd kəndə heç bir problem olmadan gedə bilərlər.

Bolnisi bələdiyyəsi hələ də qırmızı zona olaraq qalır. Bağlıdır:Bolnisi,Kazreti,Raçisubani,balici,Xatisopeli,Muşaveni və Savaneti. Bu ərazilər qırmızı zona olaraq qalır və sərhədlərdə  Hüquq-mühafizə orqanları tərəfindən nəzarət edilən  xüsusi nəzarət məntəqələri qurulub.Bu günə qədər Bolnisi bələdiyyəsində COVID-19 virusunun 120 təsdiqlənmiş yoluxma halı qeydə alınıb.Onlardan 24-ü sağalıb, üçü isə dünyasını dəyişib.

მსგავსი სტატიები

şərh buraxın

Şərhinizi daxil edin!
Bura adınızı daxil edin

- Advertisment -spot_img

ყველაზე პოპულარული

ბოლო კომენტარები