Sentyabrın 11-də ölkənin bütün seçki dairələrində imitasiyaolunmuş seçki prosesi keçirilib. Seçki administrasiyasının təşəbbüsü ilə genişmiqyaslı məlumatlandırma kampaniyası çərçivəsində məntəqəyə gələn seçicilərə 2024-cü ildə keçiriləcək parlament seçkilərində tətbiq olunacaq texnoloji yeniliklər barədə ətraflı məlumat verilib. Bolnisi rayonunda 23 seçki məntəqəsində təkrar seçki prosesi keçirilib. Etnik azlıqların yaşadığı kəndlərdə seçici anladığı dildə doldurulmuş bülletenlərlə ssəs verə bilərlər. Bolnisi rayonunda 2024-cü il parlament seçkiləri 41 seçki məntəqəsində elektron texnologiyalarla, 11 seçki məntəqəsində isə ənənəvi qaydada keçiriləcək.
,,Seçki Administrasiyası seçiciləri məlumatlandırmaq üçün təbliğat-təşviqat kampaniyasını davam etdirir. Bu gün daha bir irimiqyaslı tədbir keçirilib ki, bu da Seçki Administrasiyasının 26 oktyabr 2024-cü il tarixində keçiriləcək parlament seçkilərində istifadə edəcəyi texnoloji yeniliklər barədə məlumatların hər bir seçiciyə çatdırılmasıdır. Bu gün biz Bolnisi rayonunda imitasiya seçkiləri keçiririk, 23 rayon iştirak edir. 23 seçki məntəqəsində seckilərə hazırlıq üçün imitasiya səsvermə keçirilir ki, burada vətəndaşlar həm yoxlama aparatlarının, həm də elektron səs hesablama aparatlarının işinin xüsusiyyətləri, habelə bülletenlərin doldurulması qaydası, səs vermə qaysası yəni seçki proseduru ilə tanış olmaq imkanı əldə edirlər. Bu tədbir o baxımdan vacibdir ki, biz hər bir kəndə gedirik, hər bir seçiciyə gedirik ki, etnik azlıqların yaşadığı kəndlərdə onların başa düşdüyü dildə məlumat verilsin.’’