Cümə, Dekabr 13, 2024
spot_img

Hökumət bələdiyyələrdə köhnə tikililəri sökməyi və ya görünüşünü yaxşılaşdırmağı planlaşdırır

Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin rəhbərliyi ilə hökumət administrasiyasında hökumətin iclası keçirilib. Nazirlər Kabinetinin üzvləri 9 məsələni müzakirə ediblər. Müzakirə olunan məsələlər arasında bələdiyyələrdə binaların təmirini və bərpasını nəzərdə tutan “Bəzi bələdiyyələr tərəfindən həyata keçiriləcək tədbirlər haqqında” Gürcüstan hökumətinin fərmanının layihəsi də olub. Bələdiyyələr tərəfindən aparılan ilkin araşdırmalar nəticəsində bələdiyyələrin görkəmini pozan, təmir və yenidənqurma, bəzi hallarda isə sökülmə tələb edən ümumilikdə 1263 belə tikili müəyyən edilib. Müvafiq olaraq, Gürcüstan hökumətinin qərarı ilə bələdiyyələrə öz inzibati sərhədləri daxilində bələdiyyənin görkəmini pozan və ya təhlükəsizlik baxımından problem yaradan binalarda zəruri təmir, yenidənqurma və ya sökülmə işlərini həyata keçirmək hüququ verilib. Artıq bu ildən bələdiyyələr bu istiqamətdə lazımi işlərə başlayacaqlar.

əlaqəli məqalələr

şərh buraxın

Şərhinizi daxil edin!
Bura adınızı daxil edin

- Advertisment -spot_img

ən populyar

son şərhlər