Cümə, Fevral 7, 2025
spot_img
HomecəmiyyətHökumət administrasiyasında Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin rəhbərliyi ilə İdarələrarası Koordinasiya Şurasının...

Hökumət administrasiyasında Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin rəhbərliyi ilə İdarələrarası Koordinasiya Şurasının iclası keçirilib

Şura, ölkədəki epidemioloji vəziyyəti və peyvəndin gedişatını nəzərdən keçirib və mövcud məhdudiyyətlərin yumşaldılmasını müzakirə edib.

Bələdiyyə nəqliyyatının hərəkəti bu gün bərpa edilib. Koordinasiya Şurası vətəndaşlara müraciət edir ki, ictimai nəqliyyatda, eləcə də açıq və qapalı məkanlarda maska taxmaq məcburidir və məsələ müvafiq xidmətlər tərəfindən ciddi nəzarətə götürüləcək;

Bundan əlavə, mükafat fondu 2.800.000 lari olan vaksinsiyaya təşviq lotereyası bu gün başlayır. Təsadüfi olaraq, həm birdəfəlik, həm də iki dəfə peyvənd olunmuş şəxslər üçün pul mükafatları oynanılacaq. Çəkiliş həm gündəlik, həm də həftəlik keçiriləcək;

Artıq vətəndaşlara kovid statusu haqqında məlumat əldə etməyə imkan verən xüsusi bir aplikacia fəaliyyət göstərir – https://covidpass.moh.gov.ge/;

Mövcud qaydalara görə, müxtəlif tədbirlərə (məsələn, konfranslar, məşqlər, idman yarışları və s.) Qatılmaq üçün vətəndaş vaksinasiya sertifikatı və ya 72 saatlıq PCR testinə və ya 24 saatlıq antigen testinə mənfi cavab verməlidir.. İdarə Heyətinin qərarına əsasən, bu kateqoriya son 6 ay ərzində Covid-19 virusuna yoluxmuş şəxslərdə əlavə olunur. Bu 6 ay Covid laboratoriya təsdiqindən 14 gün sonra hesablanır.

Əlavə olaraq, tibbi təhsil proqramının praktiki hissəsini distand formada almayan tələbələrdən Son 6 ay ərzində vaksinasiya sertifikatı və ya öz hesabına mənfi  PCR testi və ya kovid virusu keçirdiklərini təsdiq edən sertifikatı təqdim etməlidirlər.

Koordinasiya Şurası, hökumətin fərmanı ilə təyin olunan hədəf qruplar üçün testlərin hələ də pulsuz olduğunu və bununla əlaqədar heç bir şeyin dəyişmədiyini vurğulayır.

Eyni zamanda, dövlət xidmətlərində distand formada iş rejimi mümkün qədər saxlanılır və Şura özəl sektora bu tövsiyyələrlə müraciət edir.

Əlavə olaraq, Koordinasiya Şurasının qərarına əsasən, epidemioloji vəziyyətin sabitləşmə tendensiyası davam edəcəyi təqdirdə, uşaq əyləncə mərkəzləri oktyabrın 4 -dən etibarən işlərini bərpa edəcəklər.

Gürcüstanda koronavirusa ilk yoluxma hadisəsi aşkar edildikdən bugünə qədər, laboratoriyada təsdiqlənmiş 581 812 virus hadisəsi aşkarlandı, bunlardan 545 961 nəfər sağaldı və 8 233 nəfər insan həyatını itirmişdir.

Bu mərhələdə 85 nəfər karantində, klinik otellərdə – 1 611 vətəndaş, xəstəxanada isə nəzarət altında – 6 186 nəfər var.

Parlament sədri Kaxa Kujavanın rəhbərlik etdiyi Gürcüstan Parlamenti və Prezident Administrasiyası Baş nazirin rəhbərliyi ilə faliyyət göstərən İdarələrarası Koordinasiya Şurasının işində fəal iştirak edir.

əlaqəli məqalələr
- Advertisment -spot_img

ən populyar

son şərhlər