Cümə, May 24, 2024
spot_img

Gürcüstanın təhsil və elm naziri Giorgi Amilaxvarinin təşəbbüsü ilə Gürcüstanın yaxın tarixində ilk dəfə olaraq Milli Müəllimlər Günü təsis edilib

Milli Müəllimlər Günü hər il oktyabrın 27-də Gürcüstanda elmi pedaqogikanın banisi, publisist, uşaq yazıçısı və ictimai xadim İakob Qoqebaşvilinin doğum tarixində qeyd olunacaq. Həmçinin, qeyd olunmuş tarixdən hər il cəmiyyətin və təhsil sisteminin inkişafında xüsusi xidmətlərinə görə əməkdar müəllimlərə xalq müəllimi mükafatı, xüsusi hazırlanmış döş nişanı və 10 000 lari məbləğində pul mükafatının verilməsini nəzərdə tutur. Bildiyiniz kimi, ölkənin və cəmiyyətin inkişafında, gənclərin dövlətçi vətənpərvər kimi formalaşmasında əsas rol və funksiya əməkdar müəllimlərin üzərinə düşür. Buna uyğun olaraq, Təhsil və Elm Nazirliyi müxtəlif yollarla müəllim peşəsinin nüfuzunu yüksəltmək, onlara həm sosial, həm də müxtəlif dəstək tədbirləri təklif etmək işini fəal şəkildə davam etdirir. Milli Müəllimlər Gününün təsis edilməsi və mükafatın verilməsi müəllimlərin cəmiyyətdəki rolunun işıqlandırılmasına, onlara qiymət verilməsinə xidmət edir. Təşəbbüs çərçivəsində Təhsil və Elm Nazirliyi tərəfindən müəyyən edilmiş meyarlara uyğun olaraq, şagirdlərin, məktəb ictimaiyyətinin və ya cəmiyyətin inkişafına müxtəlif istiqamətlərdə xüsusi töhfə verən müəllimlərin hekayələri toplanacaq. Bundan sonra müxtəlif sahələrin tanınmış simalarının birləşdiriləcəyi xüsusi təyinatlı komissiya ilin ən yaxşı müəllimlərini müəyyənləşdirəcək,- bu haqda Nazirliyin paylaşdıöı məlumatda deyilib.

əlaqəli məqalələr

şərh buraxın

Şərhinizi daxil edin!
Bura adınızı daxil edin

- Advertisment -spot_img

ən populyar

son şərhlər