Cümə axşamı, Oktyabr 3, 2024
spot_img

Gürcü dili kursunu bitirənlərə sertifikatlar təqdim olunub

Etnik azlıqları təmsil edən gənclərin gürcü dilinin daha yaxşı öyrənilməsi və cəmiyyətə inteqrasiyası məqsədi daşıyan layihə uğurla həyata keçirilib, 230 gənc üç aylıq kursu uğurla başa vurub, Bolnisinin bələdiyyəsinin konfrans zalında kursu bitirənlərə mükafatlandırılması mərasimi təşkil olunub. Gürcüstan parlamentinin üzvü Qoqi Meşveliani Bolnisi Bələdiyyəsinin meri Davit Şerazadişvili və Mədəniyyət Mərkəzinin rəhbəri Soso Kopaleişvili ilə birlikdə gənclərə sertifikatlar təqdim ediblər. Gənclərin istəyi ilə Bolnisi Dmanisi Tetritskaro və Tsalkinin majoritar deputatının təşəbbüsü, Bolnisi bələdiyyəsinin Meriya və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə 2022-ci ildə etnik azlıqların yaşadığı kəndlərdə “Etnik azlıqlar üçün gürcü dili kursları” layihəsinə start verilib. Gürcü dili kursları dörd icma mərkəzində keçirilib Qeyd edək ki, layihə başlayandan indiyədək 360-a yaxın gənc dil kursları keçib.

əlaqəli məqalələr

şərh buraxın

Şərhinizi daxil edin!
Bura adınızı daxil edin

- Advertisment -spot_img

ən populyar

son şərhlər