Kvemo Kartli üzrə Dövlət Nümayəndəsi Giorgi Doxturişvilinin təşəbbüsü ilə administrasiyanın balansında olan 18 ədəd kənd təsərrüfatı texnikası yerli özünüidarəetmə orqanlarının mülkiyyətinə verilib – bu mərhələdə Marneuli Bələdiyyəsi – 5, Qardabani – 4, Dmanisi – 3, Bolnisi, Tetritskaro 2-2 ədəd traktor alıblar.
✅ Sosial cəhətdən həssas vətəndaşlar və digər həssas qrupların nümayəndələri yenilikdən pulsuz istifadə edə biləcəklər – proses bələdiyyənin xüsusiyyətləri və xüsusi yazılmış proqram nəzərə alınmaqla həyata keçiriləcək. İş axtaranlara dəstək məqsədilə müvafiq statusa malik şəxslər də təlim keçəcəklər.
“Kvemo Kartli bölgəsində bələdiyyələrin merləri ilə birlikdə tədbirlər planı hazırlamışıq – proqrama əsasən, bələdiyyələrin müvəqqəti istifadəsində olan 18 traktoru bu gündən təhvil vermişik. Həmçinin bu gündən etibarən bütün sosial cəhətdən həssas ailələrə və həssas qruplara müraciət qeydə alınan kimi torpaqların becərilməsi üçün lazım olan xidmətlər göstəriləcək və bu proses yerli özünüidarəetmə orqanları tərəfindən həyata keçiriləcək. Bu, əhali üçün çox vacib layihədir, çünki bir çox hallarda ailələrin kifayət qədər vəsaiti yox idi və torpaqlar əkilməmişdi – bu gün artıq bu problem həllini tapıb.
Bələdiyyə merlərinə təşəkkür etmək istəyirəm, çünki bu proqram onların bilavasitə iştirakı ilə hazırlanıb. Bu işlərin gecikməməsi üçün onların hamısı çağırışın ən yüksək zirvəsindədir – 18 traktor bu gündən əkin sahələrində aktiv fazada işə başlayacaq”, – Giorgi Doxturişvili bildirib.
✅ Qeyd edək ki, 2016-cı ildə “SOCAR” şirkəti Kvemo Kartli üzrə Dövlət Nümayəndəsinin administrasiyasına müvafiq xüsusi avadanlıqla təchiz olunmuş 18 traktor təhvil verib – Bu texnikanın istifadəsi yalnız sorğu müqaviləsi əsasında rayon bələdiyyələri tərəfindən təmin edilib.