Bolnisi Bələdiyyəsinin meri Zamur Çitanava, birinci müavin Aleksandre Zabaxidze, Şəhər Meriyasının İnzibati Xidmətinin rəhbəri Giorgi Qasviani və Bolnisi Bələdiyyə Şurasının sədri Giorgi Svanidze ilə birlikdə bu tarixdə Bolnisi şəhərində həlak olanların Memorialına əklil qoydular. Qeyd etmək lazımdır ki, Bolnisi Bələdiyyəsi Şəhər Meriyası Bolnisi kəndində yaşayan 98 yaşlı İkinci Dünya Müharibəsi veteranı Arutin Andriasyana birdəfəlik maddi yardım göstərib.
,, 9 may tariximizin ən vacib tarixlərindən biridir. Faşizm üzərində qələbədən 81 il ötür. Bu gün vətənimizin və gələcək nəsillərin təhlükəsizliyi uğrunda canlarını fəda edən insanların xatirəsini ehtiramla yad edirik. “Bizə fədakarlıqları ilə sülh və azadlıq gətirən qəhrəmanları həmişə xatırlamaq bizim borcumuzdur”, – Bolnisi Bələdiyyəsinin meri Zamur Çitanava bildirib.
Giorgi Svanidze – Bolnisi Bələdiyyə Şurasının sədri
Bu gün biz İkinci Dünya Müharibəsində həlak olanların – sülh və azadlıq uğrunda mübarizə aparan insanların xatirəsini yad etdik. Faşizm üzərində qələbənin 81-ci ildönümü münasibətilə Bolnisi Bələdiyyəsinin meri Zamur Çitanava, özünüidarəetmə nümayəndələri və gənclərlə birlikdə həlak olanların Bolnisidəki Memorialına əklil qoydum. Sevindirici haldır ki, bələdiyyədə hələ də birdəfəlik maddi yardım alan İkinci Dünya Müharibəsi veteranı, 98 yaşlı Arutin Aroyan var.





