Qudauri faciəsindən 3 il ötür. Bu gün Tandzia kəndində zəmanəmizin qəhrəmanı, yanğınsöndürən Giorgi Margianinin məzarına Bolnisi bələdiyyəsinin meri vəzifəsini icra edən Buba Qobejişvili tərəfindən və digər rəhbərlərlə birlikdə əklil qoyulub. 29 yaşlı Giorgi Margianinin həyat yoldaşı və 2 azyaşlı uşağı qalıb. Gənc xilasedici başqalarının həyatını xilas etmək üçün üzərinə düşən vəzifəni yerinə yetirərkən qəhrəmancasına həlak olub. 29 iyul 2022-ci ildə fövqəladə hallar idarəsi xidmətinin helikopteri turistləri xilas edərkən qəzaya uğradı və bütün ekipaj üzvləri faciəvi şəkildə öldü. 2022-ci il iyulun 30-u Gürcüstanda matəm günü elan edilib. “Qudauri yaxınlığında baş verən faciədən 3 il keçir. Qəza 8 nəfərin, o cümlədən Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin xilasedicisi Giorgi Margianinin həyatına son qoyub. Bu gün yerli özünüidarəetmə orqanlarının nümayəndələri ilə birlikdə mərhumun xatirəsini ehtiramla yad etdim. Vəmiyyətin həyatının və təhlükəsizliyinin keşiyində daima dayanan qəhrəmanları xatırlayın”, – deyə Bolnisi Bələdiyyəsinin meri vəzifəsini icra edən Buba Qobejişvili bildirib.
11: