Bazar, Oktyabr 13, 2024
spot_img

Davit Şerazadişvili Türkmənistan parlamentinin nümayəndə heyətini qəbul edib

Bolnisi Bələdiyyəsinin meri Davit Şerazadişvili Gürcüstan parlamentinin üzvü, Bolnisi, Dmanisi, Tetritskaro və Tsalkinin majoritar deputatı Qoqi Meşveliani ilə birlikdə Türkmənistan parlament nümayəndə heyətinin üzvlərini tanışlıq səfəri çərçivəsində qəbul ediblər. Görüşdə mer Bolnisinin tarixi ilə qonaqları tanış edib, yerli xidmətlər və iqtisadi inkişaf baxımından bələdiyyənin təcrübəsini bölüşüb. Nümayəndə heyətinin üzvləri göstərdiyi səmimi qonaqpərvərliyə görə bələdiyyə sədrinə minnətdarlıqlarını bildiriblər. Görüşün sonunda tərəflər bir-birinə simvolik hədiyyələr veriblər. Səfər çərçivəsində qonaqlar Bolnisi muzeyinə, Müqəddəs Pyotr və Pavel monastırına, şəhərin tarixi rayonuna və gürcü-alman şərab evinə baş çəkib, burada yerli şərabın dadına baxmaq imkanı əldə ediblər. Türkmənistanın parlament nümayəndə heyətinin Gürcüstana tanışlıq səfəri USAID-in “Türkmənistanda idarəetməyə dəstək” proqramı çərçivəsində həyata keçirilir.

əlaqəli məqalələr

şərh buraxın

Şərhinizi daxil edin!
Bura adınızı daxil edin

- Advertisment -spot_img

ən populyar

son şərhlər