Gürcüstan Qırmızı Xaç Cəmiyyəti, CISU və Danimarka Gənclər Qırmızı Xaç dəstəyi ilə 2019-cu ildən bəri “Gənclərin İştirakını və Sosial İnteqrasiyanın Gücləndirilməsi” layihəsini həyata keçirir.
Layihə çərçivəsində Tbilisidəki “Sheraton Grand Metechi Palace” Oteldə iş iclası təşkil edildi , burada həyata keçirilən fəaliyyətlərə ümumi baxış və “Gənclər Şurası necə yaradılmalıdır” adlı təqdimat keçirilib.
Bolnisi Bələdiyyə Başçısı Davit Şerazadişvili də keçrilən iş iclasında iştirak edib.
Layihə, gəncləri Bolnisi, Dmanisi, Marneuli və Sagarejo bölgələrindəki cəmiyyətin gündəlik həyatda fəallaşdırmaq və onları qərar qəbuletmə prosesinə birbaşa cəlb etmək məqsədi daşıyır. Layihə çərçivəsində Gənclər Agentliyi və Gürcüstan Qırmızı Xaç Cəmiyyəti arasında əməkdaşlıq memorandumu imzalanmış, məlumatlandırıcı görüşlər keçirilmiş və bələdçi yaradılmışdır.