Bolnisi bələdiyyəsi ərazisində bu il 7 çoxmənzilli yaşayış binasının zədələnmiş dam örtüyünün bərpası həyata keçiriləcək. Hazırda Kazreti qəsəbəsində yerləşən 97/3 nömrəli çoxmənzilli yaşayış binasının dam örtüyünün bərpası davam edir. Eyni zamanda Bolnisi şəhərində, David Ağaşenebeli küçəsi 1 nömrədə yerləşən çoxmənzilli yaşayış binasının damının bərpa işləri tamamlanmaq üzrədir. Həmçinin David Ağmaşenebeli küçəsində yerləşən 9, 11, 19, 27 və 39 nömrəli çoxmənzilli yaşayış binalarının zədələnmiş dam örtükləri də tam şəkildə bərpa olunacaq. İşlər regionlarda həyata keçirilən layihələr fondu və yerli büdcənin birgə maliyyələşdirilməsi ilə aparılır və ümumi dəyəri 464 109 lari təşkil edir.




