Çərşənbə axşamı, Dekabr 10, 2024
spot_img

Çətin həyat şəraitində olan 1000-ə yaxın ailəyə dövlət tərəfindən yeni yaşayış sahələri veriləcək Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin rəhbərliyi ilə hökumət administrasiyasında hökumətin iclası keçirilib

Hökumət üzvləri üç məsələni müzakirə ediblər ki, bunlar arasında ağır həyat şəraitində olan evsiz, çoxuşaqlı ailələrin köçürülməsi üzrə məqsədli dövlət proqramının təsdiq edilməsi haqqında Gürcüstan hökumətinin fərmanının layihəsi də var. Hökumət administrasiyasının məlumatına görə, proqram çərçivəsində çətin həyat şəraitində olan 1000-ə yaxın ailəyə dövlət tərəfindən yeni yaşayış sahələri veriləcək. Proqramın ümumi büdcəsi 50.000.000 lari təşkil edir. Gürcüstan hökumətinin yaydığı məlumata görə, proqramın məqsədi sosial cəhətdən həssas, kimsəsiz, çoxuşaqlı ailələrə dəstək olmaq və onlar üçün layiqli həyat şəraiti yaratmaqdır. “Proqramın benefisiarı üç və daha çox azyaşlı uşağı olan, bütün üzvləri sosial xidmət qurumunun sosial cəhətdən həssas ailələrin vahid məlumat bazasında qeydiyyatda olan ailə ola bilər. Proqramdan üzvləri məcburi köçkünlərin, ekomiqrantların və dolanışıq təminatı agentliyinin vahid elektron məlumat bazasında qeydiyyatı olmayan ailələr istifadə edə bilər. Həmçinin, evsiz ailə üzvü artıq dövlətdən yaşayış sahəsi və ya yaşayış sahəsinin alınması üçün müvafiq pul kompensasiyası almamışdırsa. Bu və digər kriteriyaları qiymətləndirdikdən sonra müvafiq komissiya ailələrin mənzillə təmin olunması ilə bağlı qərar verəcək. Proqram 2025-ci ilin sonuna qədər davam edəcək. Ailələrin köçürülməsi Gürcüstanın istənilən inzibati-ərazi vahidində həyata keçiriləcək”, – hökumət administrasiyasının yaydığı məlumatda deyilir.

əlaqəli məqalələr

şərh buraxın

Şərhinizi daxil edin!
Bura adınızı daxil edin

- Advertisment -spot_img

ən populyar

son şərhlər